"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Binəqədi də növbəti “Məlumat saatı” keçirilib

--2018-01-26 / 06:14

Binəqədi Rayon icra Hakimiyyətində “Müstəqil Azərbaycanın Dövlət Dil Siyasəti: Reallıqlar və Perspektivlər” mövzusunda “Məlumat saatı” keçirilib.

Məlumat saatında Rayon icra Hakimiyyəti başçısının müavini Aygün əliyeva, Milli Məclisin deputatı, akademik Nizami Cəfərov, Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun Aparat rəhbəri isaxan Vəliyev, RiH başçısı Aparatının şöbə müdirləri və əməkdaşları, rayon bələdiyyələri, rayon icra nümayəndəlikləri, rayon Gənclər və idman idarəsinin rəisi Elvin Aslanov, YAP fəalları, ASAN Könüllüləri və orta ümumtəhsil məktəblərinin Azərbaycan dili və ədəbiyyat müəllimləri iştirak etmişlər.

Tədbiri Rayon icra Hakimiyyəti başçısının müavini Aygün əliyeva açaraq akademik Nizami Cəfərova dəvəti qəbul etdiyi üçün Rayon icra Hakimiyyəti adından təşəkkür edib.

Sonra məruzə ilə çıxış edən Milli Məclisin deputatı, akademik Nizami Cəfərov Azərbaycanda Dil Siyasəti və onun reallıqları barədə geniş məlumat verib. O bildirdi ki, hazırda işlətdiyimiz Azərbaycan dili uzun tarixi yol keçmiş, bugünümüzə gəlib çatmişdır və bu yolda bir neçə dəfə baş vermiş əlifba dəyişiklikləri dilimizə öz təsirini göstərmişdir.

 Tədbirin sonunda auditoriyanın sualları cavablandırılıb.

Belediyye.info

ŞƏRHLƏR